Kürdlər Tabkanı 10 saat ərzində itirib
Təxminən 10 ilə yaxındır kürd qüvvələrinin nəzarətində olan Tabka şəhəri qısa müddət ərzində əldən çıxıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, strateji əhəmiyyətə malik ərazi cəmi 10 saat ərzində nəzarətdən itirilib.
Tabka Suriyanın ən böyük su elektrik bəndinin yerləşdiyi mühüm strateji bölgə hesab olunur. Hadisələr zamanı nə ABŞ tərəfindən hərbi dəstək göstərilib, nə də İsrailin hər hansı müdaxiləsi müşahidə olunub.
Bu vəziyyət bölgədə qüvvələr balansının sürətlə dəyişdiyini və xarici himayəyə güvənən strukturların kritik anlarda tək qala bildiyini açıq şəkildə nümayiş etdirir.
Bildirilib ki, Suriya Ordusu axtarış tədbirlərini başa çatdırdıqdan sonra Tabka şəhərindən çıxacaq. Şəhərdə təhlükəsizliyin təmin olunması isə Suriya Daxili Təhlükəsizlik Xidmətinin A1 bölməsinə məxsus qruplara həvalə ediləcək.
14:16 18.01.2026
Oxunuş sayı: 1028