Pentaqon İranla bağlı Trampa xəbərdarlıq etdi
İranın hərbi gücü ABŞ prezidenti Donald Trampı raket zərbələrini həyata keçirmədən əvvəl tərəddüd etməyə məcbur edib.
Vaşinqtondakı ton sürətlə dəyişib və Trampın hədələri reallaşmayıb.
Crossmedia.az bu barədə “The Telegraph”-a istinadən xəbər verir.
Məlumata görə, İran küçələrində hökumətyönlü mitinqlər artıb, təhlükəsizlik orqanları vəziyyətə nəzarəti bərpa edib.
Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ) və ABŞ Müdafiə nazirliyi (Pentaqon) Trampa xəbərdarlıq edib ki, İran zəifləsə belə ABŞ və müttəfiqlərinə zərbə vurmaq imkanına malikdir.
ABŞ isə bölgədə bütün qüvvələri qorumaq üçün kifayət qədər resursa sahib olmadığından hücumu təxirə salıb.
13:25 18.01.2026
Oxunuş sayı: 1193