Azərbaycandan gələn tərəvəzlər Belarus bazarını silkələyir
Belarusda yerli və xarici tərəvəzlərin qiymətlərini araşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Məlum olub ki, erkən məhsul kartof artıq Azərbaycandan gətirilib və 1 kiloqramı 15 rubl (təxminən 9 manat) qiymətinə satılır.
Yerli keçən il məhsulu olan kartof isə 0,99 rubldan 3,5 rubladək (0,59–2 manat) dəyişir.
Eyni zamanda, Belarusda Azərbaycandan gətirilmiş albalı rəngli pomidorlar da satılır – 10–15 rubl (6–9 manat), bəzən isə 19,90 rubla (təxminən 12 manat) “yaz dadında” şərhi ilə təqdim olunur.
Məlumatda bildirilir ki, bu növ pomidorlar ,həqiqətən də, təbii, açıq havada yetişmiş dadını xatırladır, digər pomidorlarda isə isti ev şəraitində yetişdirilmiş dadı qalıb.
Həmçinin Azərbaycandan gətirilmiş narlar 12–15 rubl (7–9 manat) qiymətinə satılır.

12:45 18.01.2026
Oxunuş sayı: 1523