ABŞ İraqdan geri çəkilir: Ayn əl-Əsəd bazası boşaldıldı
ABŞ hərbi qüvvələrinin Ayn əl-Əsəd hərbi bazasını tərk etdiyi rəsmi şəkildə təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin yaydığı məlumata görə, əvvəllər ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi baza artıq tam şəkildə İraq ordusunun nəzarətinə keçib.
Bildirilib ki, Amerika hərbçilərinin bazadan çıxarılması Vaşinqton və Bağdad arasında əldə olunmuş razılaşmanın tərkib hissəsidir. Həmin razılaşmaya əsasən, koalisiya qüvvələrinin bir hissəsi 2025-ci ilin sentyabr ayına qədər, qalan hissəsi isə 2026-cı ilin sonunadək İraq ərazisini tərk etməlidir.
Hazırda İraqda təxminən 2500 ABŞ əsgərinin yerləşdirildiyi qeyd olunur. Rəsmi Bağdad Amerika qüvvələrinin mərhələli şəkildə çıxarılmasını ölkənin suverenliyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.
12:01 18.01.2026
Oxunuş sayı: 1901