Rusiyalı deputat Kadırovun medallarını tənqid etdi
Krasnodar Şəhər Dumasının deputatı Sergey Klimov Telegram kanalında süni intellekt vasitəsilə yaradılmış bir şəkil paylaşıb. Belə ki, şəkildə qəzaya uğramış “Gelendvagen” avtomobilindən medallar tökülür.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nəticədə , bu paylaşım, Adəm Kadırovun ciddi yol-nəqliyyat hadisəsində iştirak etdiyi barədə yayılan şayiələrin fonunda gəlib.Klimov şəkili “Bütün oxşarlıqlar təsadüfidir” qeydi ilə təqdim edib və sonradan açıqlayıb ki, əgər qəza xəbəri yalan məlumatdırsa, şəkil də sadəcə zarafatdır. Eyni zamanda deputat qeyd edib ki, əgər hadisə həqiqətən baş veribsə, o, Adəm Kadırova tezliklə sağalmasını arzulayır.
Deputat həmçinin, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun çoxsaylı medallarını “əslində qəribə və gülünc” hesab etdiyini bildirib.
Fatimə Məmmədova
09:50 18.01.2026
Oxunuş sayı: 1287