Belqorodda PUA hücumu: 1 nəfər yaralanıb
Belqorod vilayətinin Tavrovo kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin partlaması nəticəsində bir mülki şəxs xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə regional əməliyyat qrupu məlumat yayıb.
Məlumata görə, kişi qapalı baş zədəsi və üzünə, çiyninə çoxsaylı qəlpə yaraları alıb. Zərərçəkən 2 nömrəli Belqorod Şəhər Xəstəxanasına çatdırılıb və bütün tibbi yardımlar göstərilir.
Hücum zamanı bir minik avtomobilinə də ziyan dəyib.
21:57 17.01.2026
Oxunuş sayı: 1067