NATO-nun keçmiş baş katibi ABŞ-nin Qrenlandiya siyasəti ilə bağlı sirləri açdı
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı real təhlükələrdən – məsələn, Rusiyanın Ukraynaya hücumu kimi – diqqəti yayındırmaq üçün silah kimi istifadə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə keçmiş NATO baş katibi Anders Foq Rasmussen deyib.
Rasmussen vurğulayıb ki, dünya ictimaiyyətinin diqqəti indi Qrenlandiyaya yönəlib, halbuki əsas diqqət Putini(Rusiya Prezidenti Vladimir Putin) Ukrayna üzrə danışıqlara oturtmaq olmalıdır: “Qərbdəki fikir ayrılıqları Rusiyanın xeyrinə işləyir. Əminəm ki, Moskva Qrenlandiyanı NATO-nu batıracaq “aysberq” olacağını ümid edir. Bu, sadəcə Danimarka və Qrenlandiya məsələsi deyil… Qrenlandiyanın ələ keçirilməsi mövcud dünya nizamının sonu demək olardı”.
21:30 17.01.2026
Oxunuş sayı: 1427