Ukraynalıların yarısı Rusiya ilə sülh sazişi üçün referendumdan yanadır
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) 9–14 yanvar tarixləri arasında keçirdiyi sorğuya görə, respondentlərin 50%-dən çoxu Rusiya ilə mümkün sülh sazişi ilə bağlı məsələnin ümumxalq səsverməsinə çıxarılmasını dəstəkləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əks fikirdə olanlar 32%, cavab verə bilməyənlər isə 14% təşkil edir.
Sorğuya qatılanların 54%-i ərazi güzəştlərinə hazır olmadığını bildirib, 57%-i isə konflikt dondurulsa belə müharibənin yenidən başlaya biləcəyindən narahatdır.
Ukraynalılar arasında danışıqlara qarşı skeptisizm davam edir: respondentlərin 69%-i davamlı sülhün əldə olunacağına inanmır, yalnız 26%-i uğurlu nəticənin mümkün olduğunu düşünür. Əsas səbəb kimi isə Rusiyanın uzunmüddətli sülhə hazır olub-olmaması ilə bağlı şübhələr göstərilib.
Həmçinin sorğu iştirakçılarının 41%-i hesab edir ki, Rusiya hədəfi Ukrayna ərazisinin böyük hissəsinə nəzarət etməkdir, 28%-i isə əhaliyə ciddi zərər vurmaq niyyətindədir.
20:37 17.01.2026
Oxunuş sayı: 1228