Rusiya Ukraynanı kapitulyasiyaya məcbur etməyə hazırlaşır
Rusiya Ukraynadakı Atom Elektrik Stansiyalarının (AES) fəaliyyətini təmin edən enerji infrastrukturlarına zərbə endirmə variantlarını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, müharibəni dayandırmaq adı altında Ukraynanı qəbuledilməz kapitulyasiya şərtlərinə məcbur etmək məqsədilə Rusiya strateji enerji obyektlərinə hücum planları hazırlayır.
Söhbət Ukrayna AES-lərinin fəaliyyətini təmin edən elektrik ötürücü yarımstansiyalardan gedir.
Bildirilir ki, bu yarımstansiyaların sıradan çıxarılması və ya tam məhv edilməsi AES enerji bloklarının Ukraynanın vahid enerji sistemindən ayrılmasına səbəb ola bilər. Bu isə ölkə əhalisinin tam şəkildə işıqsız və istiliksiz qalması ilə nəticələnə bilər.
Kəşfiyyat İdarəsi vurğulayır ki, belə bir ssenari həyata keçirilərsə, Ukrayna üçün həm enerji təhlükəsizliyi, həm də humanitar vəziyyət son dərəcə ağır mərhələyə keçə bilər.
18:40 17.01.2026
Oxunuş sayı: 1242