İtaliyadan Rusiyaya zərbə: Minlərlə ton metal daşıyan gəmi həbs edildi
İtaliyada göyərtəsində 33 min tondan artıq qara metal olan gəmi saxlanılıb.
Crossmedia.az bu barədə ANSA agentliyinə istinadən xəbər verir.
Məlumata görə yükün Rusiyadan daşındığı ehtimal olunur.
İtaliya prokurorluğu bildirib ki, saxlanılan gəmi sanksiya siyahısına daxil edilmiş Rusiyanın Novorossiysk limanında olub və qadağan edilmiş yükləmə-boşaltma əməliyyatları həyata keçirib.
Məhz bu səbəbdən gəmi barəsində həbs qərarı verilib.
Hazırda istintaq davam edir və yükün mənşəyi, eləcə də sanksiyaların pozulub-pozulmadığı araşdırılır. Hadisə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların icrası baxımından diqqət çəkən presedent kimi qiymətləndirilir.
18:21 17.01.2026
Oxunuş sayı: 1797