Ukraynada müdafiə sistemi silkələnir: Zelenski kadr təmizliyinə başlayır
Ukrayna hava hücumlarından müdafiə sisteminin gücləndirilməsi məqsədilə yaxın vaxtlarda kadr qərarlarının qəbul ediləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Ukraynanın müdafiə naziri ilə hava hücumundan müdafiə sisteminin fəaliyyəti, Rusiya zərbələrinin nəticələrinin yoxlanılması və hər bir hücumun detallı şəkildə təhlili müzakirə olunub.
Prezident vurğulayıb ki, düşmənin həyata keçirdiyi bütün hücumlar xırdalığına qədər araşdırılmalıdır.
“Bizim qarşı tədbirlərimiz və müdafiəmiz xeyli güclənməlidir. Bu, mütləq baş verəcək. Müdafiə sistemimizi dəyişmək üçün zəruri olan qərarlar, o cümlədən kadr dəyişiklikləri qəbul ediləcək”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri bildirib ki, əsas məqsəd ölkənin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar qarşısında daha dayanıqlı və effektiv müdafiə mexanizmi formalaşdırmaqdır.
18:12 17.01.2026
Oxunuş sayı: 1369