Rusiyada texnologiya ilə ideologiya birləşir
Rusiyada “pravoslav dəyərlərə əsaslanan” süni intellektin təcili şəkildə yaradılması təşəbbüsü irəli sürülüb. Bu təkliflə Ümumdünya Rus Xalq Məclisinin nümayəndələri çıxış ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Təşəbbüs müəlliflərinin fikrincə, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu sahə “mənəvi nəzarətsiz” qala bilməz. Onlar hesab edirlər ki, Qərb mənşəli süni intellekt modelləri Rusiyanın “ənənəvi-mənəvi dəyərlərini” əks etdirmir və bu səbəbdən yerli, ideoloji baxımdan uyğun alternativin yaradılması vacibdir.
Məclisdə bildirilib ki, “pravoslav süni intellekt” ailə institutunun qorunması, dini-mənəvi normaların təbliği və cəmiyyətin “düzgün istiqamətdə formalaşdırılması” üçün istifadə oluna bilər. Eyni zamanda vurğulanıb ki, bu cür texnologiya informasiya təhlükəsizliyinin təmin edilməsi və gənclərin “zərərli təsirlərdən” qorunması baxımından mühüm rol oynaya bilər.
Sevinc Yarməmmədova
18:00 17.01.2026
Oxunuş sayı: 1130