Vaşinqton xəbərdarlıq etdi: ABŞ bazaları İranın hədəfində ola bilər
İranın Amerika hərbi bazalarına mümkün hücumlara hazırlaşdığına dair məlumatlar var.
ABŞ rəsmiləri vəziyyətin diqqətlə izlənildiyini və hadisələrin istənilən inkişafına hazır olduqlarını vurğulayırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti X sosial şəbəkəsindəki farsdilli hesabında qeyd olunub.
Paylaşımda qeyd olunur ki, Vaşinqton İran İslam Respublikasının Amerika bazalarına qarşı hücum variantları hazırladığı barədə xəbərlər eşidib. Bildirilib ki, Prezident Donald Trampın dəfələrlə vurğuladığı kimi, bütün variantlar gündəmdə qalır və İran rejimi ABŞ obyektlərinə hücum edərsə, “çox, çox güclü cavabla” üzləşəcək.
“Biz bunu əvvəllər də demişik və bir daha təkrar edirik: Prezident Trampla oyun oynamayın”, - deyə açıqlamada qeyd olunub.
Sevinc Yarməmmədova
17:49 17.01.2026
Oxunuş sayı: 1362