ABŞ Yaxın Şərqə yeni aviadaşıyıcı göndərir
Pentaqon ABŞ prezidenti Donald Tramp administrasiyası ilə İran arasında gərginliyin artması fonunda, Cənub-Çin dənizindən Yaxın Şərq daxil olmaqla ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına aviadaşıyıcı və döyüş qrupunu köçürür.
Crossmedia.az xəbər verir ki, xarici KİV bu barədə məlumat yayıb.
Məlumata görə, qrupun tərkibinə aviadaşıyıcı, bir sıra digər döyüş gəmiləri və bir neçə döyüş sualtı qayıq daxildir.
Qeyd edək ki, qrupun yeni bölgəyə çatması təxminən bir həftə çəkəcək.
14:02 15.01.2026
Oxunuş sayı: 1764