Trampdan Rza Pəhləviyə: Yaxşı insandır, amma...
ABŞ prezidenti Donald Tramp Rza Pəhləvinin mümkün liderlik perspektivlərinə ehtiyatla yanaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp Rza Pəhləvinin şəxsiyyəti ilə bağlı fikirlərini bölüşərkən onu “çox gözəl insan” adlandırdığını, lakin İran daxilində özünü lider kimi necə sübut edəcəyinə dair şübhələrinin olduğunu bildirib.
Onun sözlərinə görə, İran cəmiyyətinin Pəhləvinin liderliyini qəbul edib-etməyəcəyi sual altındadır. Bununla belə, Tramp qeyd edib ki, əgər İran xalqı Rza Pəhləvini dəstəkləsə, bu variantın “tamamilə məqbul” olacağını istisna etmir.
Qeyd edək ki, bu açıqlama İranın gələcək siyasi perspektivləri ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir.
Kübra Musayeva
13:26 15.01.2026
Oxunuş sayı: 1734