İranda SEPAH generalının oğlu öldürülüb
Məşhəd şəhərində SEPAH generalı Nuralı Şuştarinin oğlu Fərəculla Şuştari öldürülüb.
Crossmedia.az xəbər verir ki, məlumatı İranın rəsmi media qurumları yayıb. SEPAH-a yaxınlığı ilə tanınan "Tasnim News" Fərəculla Şuştarinin etirazçılar tərəfindən qətlə yetirildiyini iddia edib.
Lakin bu məlumatı təsdiqləyən rəsmi sübutlar təqdim olunmayıb və ölümün dəqiq səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Fərəculla Şuştari daha əvvəl Semnan vilayətində siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.
İran rəsmiləri hadisə ilə bağlı hələlik əlavə açıqlama verməyiblər.
17:42 10.01.2026
Oxunuş sayı: 3328