Suriyada iki terrorçu özünü partladıb
Hələb şəhərinin Şeyx Maqsud bölgəsində iki SDF döyüşçüsü Suriya ordusunun mövqelərinin yaxınlığında özünü partladıb.
Crossmedia.az bu barədə Suriya mediasına istinadən xəbər verir.
Məlumata görə, partlayışlar Suriya ordusunun ərazidə nəzarəti bərpa etdiyini elan etməsindən sonra baş verib. Hər iki insident nəticəsində ölən və yaralanan olmayıb.
Suriya Daxili İşlər Nazirliyinin bölmələri bölgədə təhlükəsizliyi təmin etmək və sabitliyi qorumaq məqsədilə küçələrdə patrul xidməti aparır.
16:20 10.01.2026
Oxunuş sayı: 2276