NYT: Putin Qərblə anlaşmaya inanmır
Rusiya prezidenti Vladimir Putin artıq Qərblə anlaşmağa və atəşkəsdən sonra belə sanksiyaların aradan qalxacağına inanmır.
Crossmedia.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.
Nəşrin yazdıqlarına görə, ABŞ də Rusiyanı Çindən uzaqlaşdıra biləcək inamını itirib. Bu Rusiyanın uzaq perrioda Çin tərəfdə qalacağı deməkdir. Kremlə yaxın mənbələr qeyd edir ki, bu amil Putin üçün heç bir limit qoymur. Həmçinin buna görə də Rusiya bu qış Ukraynada humanitar fəlakət yaratmağa maraqlıdır və artıq bu istiqamətdə qərar verilib.
16:08 10.01.2026
Oxunuş sayı: 2608