Tehranda etirazlar zamanı ölənlərin sayı AÇIQLANDI
Tehranda etirazların yatırılması zamanı ölənlərin sayının 200-dən çox olduğunu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "TIME" jurnalı məlumat yayıb.
Nəşr bu məlumatı paytaxtda çalışan iranlı həkimə istinad edərək yayıb.
Məlumata görə, rejimə bağlı təhlükəsizlik qüvvələri nümayişçilərə birbaşa atəş açıb və nəticədə çoxsaylı insan həyatını itirib. Jurnal qeyd edir ki, açıqlanan rəqəmlər İranda etirazlara qarşı zorakılığın miqyasını və ölkədə yaranmış humanitar vəziyyətin ciddiliyini ortaya qoyur.
15:35 10.01.2026
Oxunuş sayı: 2462