"Evdə tək" filminin ulduzu cərimələndi
ABŞ-də məşhur "Evdə tək" filminin aktyoru, quldur Marv obrazını canlandıran Deniel Stern cərimələnib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 68 yaşlı aktyor fahişəliyə sövq etmə ittihamı ilə saxlanılıb.
TMZ-nin yaydığı xəbərə əsasən, Deniel Stern bayram günlərində Kaliforniya ştatının Kamarillo şəhərində yerləşən hoteldə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Araşdırmalardan sonra aktyor barəsində cinayət işi açılmayıb və məsuliyyət tədbiri kimi yalnız cərimə ilə kifayətlənilib.
Hazırda Stern və onun nümayəndələri hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.
Nəzrin Abbas
15:30 10.01.2026
Oxunuş sayı: 2382