Cənubi azərbaycanlılar üçün həmrəylik aksiyası keçirilib
Türkiyənin Antalya şəhərində bir qrup vətəndaş Cənubi Azərbaycan türklərinin mübarizəsinə dəstək məqsədilə şəhərin müxtəlif yerlərində plakatlar asıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Aksiya Güney Azərbaycanda davam edən etirazlar və siyasi proseslər fonunda təşkil olunub.
Plakatlarda siyasi və kimlik xarakterli mesajlar yer alıb. Aksiya iştirakçıları Cənubi Azərbaycan sakinlərinin tələbləri ilə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.
Plakatlarda “Türk dünyasının əsas məsələsi Güney Azərbaycandır” və “Güney Azərbaycan üçün nə Pəhləvi, nə də İslam Respublikası həll yolu deyil” kimi mesajlar diqqət çəkib.
15:25 10.01.2026
Oxunuş sayı: 3162