Hətəmi: Etiraz haqqdır, zorakılıq YOX
İranın sabiq prezidenti və islahatçıların liderlərindən biri Məhəmməd Hətəmi ölkədəki etirazlarla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hətəmi bildirib ki, xalqın dinc yürüşlər keçirmək və etiraz etmək hüququ var, lakin məscidləri, iş yerlərini yandırmaq kimi vandalizm hərəkətləri qəbuledilməzdir və cəzalandırılmalıdır.
Sabiq prezident, həmçinin vurğulayıb ki, etiraz edən xalqın qarşısına zorakılıqla çıxmaq da doğru deyil. “Çünki xalqı bu vəziyyətə gətirən hökumət, idarəetmə və sistemdir,” – deyə Hətəmi qeyd edib.
O əlavə edib ki, insanlar yaxşı yaşayış, rifah, yüksək maaş və təqaüd, eləcə də övladlarına yaxşı təhsil və gələcək təmin etmək istəyirlər. Əgər bunlar təmin olunmursa, etirazları normal qarşılamalıyıq.
14:59 10.01.2026
Oxunuş sayı: 2478