Donald Tramp İranda keçirilən etiraz aksiyaları ilə bağlı paylaşım edib
ABŞ prezidenti Donald Tramp İranda keçirilən etiraz aksiyaları ilə bağlı paylaşım edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, özünə məxsus “Truth Social” platformasında etirazlardan görüntülərin yer aldığı “YouTube” videosunu paylaşıb.
Paylaşılan video İsrailin “Kanal 13” telekanalına məxsusdur. Tramp paylaşımında videonun başlığını istifadə edərək yazıb: “Milyondan çox insan mitinq keçirib: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarəti altındadır, rejim qüvvələri geri çəkilir”.
Nəzrin Abbas
10:51 09.01.2026
Oxunuş sayı: 2521