Paşinyan: II Qaregin vəzifəsini tərk etməyə məcbur olacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin (Ktriç Nersisyan) istefa verməyə məcbur ediləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Paşinyanın sözlərinə görə, II Qareginin vəzifədən getmək niyyəti olmasa da, yaranmış siyasi vəziyyət onun qərarını dəyişməsinə səbəb olacaq. Baş nazir bu prosesi Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın istefası ilə müqayisə edib.
“Deyirlər ki, Ktriç Nersisyan getmək istəmir. Biz isə elə edəcəyik ki, o, bu niyyətindən daşınsın. Heç kim könüllü şəkildə getmək istəmir. Serj Sarqsyanın da belə bir niyyəti yox idi, lakin o, getməyə məcbur oldu. Eyni hal Ktriç Nersisyana da aiddir”, – deyə Paşinyan bildirib.
Fatimə Məmmədova
14:50 08.01.2026
Oxunuş sayı: 2245