Netanyahu: ABŞ Livanda yeni hərbi əməliyyata razılıq verib
İsrail Livanda növbəti hərbi əməliyyat keçirmək üçün ABŞ-nin dəstəyini əldə edib.
Crossmedia.az İsrailin Kan radio stansiyası istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumət üzvlərinə bildirib ki, ABŞ prezidenti Donald Tramp bu əməliyyata “yaşıl işıq” yandırıb. Onun sözlərinə görə, planlaşdırılan hərbi əməliyyat əsasən “Hizbullah” silahlı birləşmələrinin tərksilah edilməsinə yönələcək.
Məlumata görə, İsrail tərəfi əməliyyat çərçivəsində Livanın cənubunda təhlükəsizlik risklərinin aradan qaldırılmasını və sərhəd bölgələrində nəzarətin gücləndirilməsini hədəfləyir.
Netanyahu vurğulayıb ki, İsrail öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmaqda qərarlıdır və bu məsələdə Vaşinqtonla koordinasiya davam edir.
Türkan Kərimli
14:37 08.01.2026
Oxunuş sayı: 2076