Rusiyada aqressiv çağırışlar: Deputat Qara dənizdə gəmilərin batırılmasını təklif edir
Rusiyada aqressiv ritorika davam edir. Dövlət Dumasının deputatı Andrey Qurulyov Qara dənizdə xarici gəmilərə qarşı sərt addımlar atılmasını təklif edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Qurulyov Rusiya tankerinin ələ keçirilməsinə cəhd edildiyini iddia edərək, buna cavab olaraq radikal bəyanatlarla çıxış edib. Onun sözlərinə görə, ABŞ guya “dəniz quldurluğu” ilə məşğuldur və Vaşinqtonun bu addımları Qərbin “böyük müharibəyə” hazırlığının bir hissəsidir.
Deputat bildirib ki, Rusiya Qara dənizdə “güzgü prinsipi” ilə cavab verməlidir. Onun fikrincə, xarici gəmilər dayandırılmalı, yoxlanılmalı, zərurət yarandığı halda isə hətta batırılmalıdır.
Bununla yanaşı, Qurulyov Avropaya qarşı “Oleçnik” raketindən istifadə olunmasını da təklif edib. Onun bu açıqlamaları beynəlxalq gərginliyi daha da artıran çağırışlar kimi qiymətləndirilir.
Nəzrin Abbas
09:23 08.01.2026
Oxunuş sayı: 2117