Ağ Ev: Qrenlandiya ABŞ üçün vacibdir
Ağ Ev Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, bu ərazi Arktika regionunda Rusiya və Çinin təsirinin qarşısını almaq baxımından önəmlidir.
Ağ Evin sözçüsünün sözlərinə görə, ABŞ prezident Donald Tramp i mövqeyini açıq şəkildə ifadə edib: “Prezident hamınıza və bütün dünyaya açıq və aydın şəkildə bildirib ki, o, Arktika regionunda Rusiya və Çin aqressiyasının qarşısının alınmasını ABŞ üçün ən doğru variant hesab edir”.
Qeyd edək ki, Arktika son illər böyük dövlətlərin diqqət mərkəzindədir və bölgədə geosiyasi rəqabət getdikcə güclənir.
Fatimə Məmmədova
09:18 08.01.2026
Oxunuş sayı: 2470