Ekspert: Qazaxıstanda fəallara qarşı işlər Çinin təsir imkanlarını gündəmə gətirir
Qazaxıstanda Çini tənqid edən fəalların məhkəmə prosesi ölkədə hüququn aliliyi ilə bağlı ciddi suallar doğurub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bitter Winter” saytı məlumat yayıb.
Belə ki, dərc olunan qiymətləndirmədə Şərqi Türküstan və uyğur mövzuları üzrə ixtisaslaşmış antropoloq Rune Stinberq istintaqın aparılma forması və irəli sürülən ittihamların xarakterinin Çin hakimiyyətinin Qazaxıstanın hüquqi mexanizmlərindən siyasi məqsədlər üçün istifadə edə biləcəyi şübhələrini gücləndirdiyini bildirib.
Onun fikrincə, bu cür məhkəmə işləri təkcə Çini tənqid edən səsləri susdurmaq məqsədi daşımır, eyni zamanda Şərqi Türküstandan gəlmiş qazaxlar və uyğurlara qarşı repressiyaların ölkə hüdudlarından kənara çıxarılması riskini də yaradır.
Stinberq qeyd edib ki, bu proseslər regionda insan haqları və hüququn aliliyi prinsiplərinin gələcəyi ilə bağlı narahatlıqları daha da artırır.
Fatimə Məmmədova
18:56 07.01.2026
Oxunuş sayı: 2504