Bursa meri Mustafa Bozbey çıxışı zamanı hücuma məruz qalıb
Türkiyənin Bursa şəhərinin meri Mustafa Bozbey Yıldırım rayonunda “Prezident Buradadır” proqramı çərçivəsində vətəndaşlarla görüş zamanı hücuma məruz qalıb. Prezident karvanı önündə çıxışı zamanı bir şəxs Bozbeyə yumruq vurmağa cəhd edib.
Crossmedia.az xəbər verir ki, merin təhlükəsizlik xidməti, bələdiyyə polisi və hüquq-mühafizə orqanları hücumçunu dərhal saxlayıb.
Hadisə zamanı Bozbey xəsarət almayıb.
Məlumata görə, saxlanılan şəxs iş müraciəti rədd edilən keçmiş bələdiyyə şurası üzvüdür və insidentdə onun qardaşı da iştirak edib. Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan Kərimli
18:40 07.01.2026
Oxunuş sayı: 2934