Ermənistan naziri idmançının “Azərbaycan” sözü ilə bağlı cəzasını haqlı sayıb
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan formasının üzərində “Azərbaycan” sözünü yazan erməni idmançıya verilən cəzanı dəstəklədiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, nazir bu barədə mətbuat konfransında danışaraq bildirib ki, idman siyasətdən kənar qalmalı və yarışlar zamanı ədalətli idman qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Onun sözlərinə görə, idman arenasında etik normaların qorunması vacibdir.
Janna Andreasyan əlavə edib ki, nazirlik cərimənin məbləğini və idmançının mümkün diskvalifikasiyası məsələsini dəqiqləşdirmək üçün artıq müvafiq Ermənistan idman federasiyası ilə əlaqə saxlayıb.
16:55 07.01.2026
Oxunuş sayı: 2384