Çin ABŞ-nin Venesuela neftinə nəzarət cəhdlərini pisləyib
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekinin ABŞ-nin Venesuelaya təzyiqlərini qətiyyətlə pislədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Vaşinqton Venesuelanın neft ehtiyatlarını Amerika şirkətlərinin nəzarəti altına keçirmək məqsədilə bu ölkəni Çin və Rusiya ilə əlaqələri kəsməyə məcbur etməyə çalışır.
Mao Ninq jurnalistlərə açıqlamasında vurğulayıb ki, Venesuela öz təbii sərvətləri üzərində tam və ayrılmaz suverenliyə malik müstəqil dövlətdir. O qeyd edib ki, ABŞ-nin güc tətbiqinə əsaslanan siyasəti və Venesuela neftinə nəzarət tələbi “Birinci Amerika” şüarının reallaşdırılması cəhdidir və bu, açıq zorakılıq nümunəsidir.
Diplomat əlavə edib ki, bu cür addımlar beynəlxalq hüququn normalarını, eləcə də Venesuela xalqının qanuni hüquqlarını ciddi şəkildə pozur.
16:44 07.01.2026
Oxunuş sayı: 2285