Rusiyada özəl vertolyot qəzaya uğrayıb: İki nəfər həlak olub
Rusiyanın Perm diyarında özəl vertolyot qəzaya uğrayıb, nəticədə iki nəfər həyatını itirib.
Crossmedia.az bu barədə NTV-yə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Perm diyarı üzrə Baş İdarəsinin məlumatına görə, hadisə Peçmen kəndi yaxınlığında, Aşatlı Park istirahət mərkəzinin ərazisində baş verib. Vertolyotun göyərtəsində iki nəfər olub.
Əvvəlcə pilotun öldüyü, sərnişinin isə yaralandığı bildirilsə də, sonradan hər iki şəxsin həlak olduğu rəsmi şəkildə təsdiqlənib. Qəza nəticəsində yerə və ətraf əraziyə ziyan dəyməyib.
Nəzrin Abbas
15:50 07.01.2026
Oxunuş sayı: 2400