Kiyev üzərində hava hücumları qeydə alınıb
Ukraynanın Kiyev vilayəti və paytaxt Kiyev şəhəri üzərində hava məkanında 60-dan çox pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yeni PUA qrupları şimal istiqamətindən bölgəyə daxil olmağa davam edir. Hücumların əsas hədəfi Kiyev şəhəri və ətraf ərazilər olaraq qalır.
Bundan əlavə, “Hərbi iş” (“Voennoye delo”) teleqram kanalının məlumatına əsasən, Rusiya Federasiyasının Qara dəniz donanması və Azov flotiliyası Kiyevdə yerləşən obyektlərə “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirib.
İlkin məlumatlara görə, hücumlar nəticəsində Kiyevdə yerləşən 6 nömrəli İstilik Elektrik Stansiyası (İES-6) zədələnib və qismən sıradan çıxıb.
12:06 27.12.2025
Oxunuş sayı: 3924