Tramp: Süni intellekt dünyanı ələ keçirməyəcək
ABŞ Prezidenti Donald Tramp süni intellektin gələcəkdə dünyanı və robotların isə insanları nəzarətə götürəcəyi ilə bağlı narahatlıqları “aldatmaca” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Nvidia” şirkətinin baş direktoru Jensen Huangın iştirak etdiyi süni intellekt sammitində səsləndirilən fikirlər barədə məlumat yayılıb.
Huang sammit zamanı çıxış edərkən Tramp ona telefonla zəng edib. “Nvidia” rəhbəri salondakı iştirakçıların söhbəti eşitməsi üçün Trampın səsini səsgücləndiriciyə ötürüb.
Tramp bildirib ki, məlumat mərkəzləri böyük əhəmiyyət daşıyır və insanları varlandırır. Onun sözlərinə görə, məlumat mərkəzləri qarşıdakı 20-25 ilin “nefti” olacaq və internetlə süni intellektdən daha böyük əhəmiyyət kəsb edəcək.
ABŞ Prezidenti robotların nəzarəti ələ keçirəcəyi və süni intellektin dünyanı ələ keçirəcəyi ilə bağlı fikirləri rədd edib. O, süni intellekt ətrafında yaranan narahatlıqları “aldatmaca” adlandıraraq, bu vəziyyətdən ən çox Çinin faydalandığını deyib.
17:10 15.09.2026
Oxunuş sayı: 53