Axios: Netanyahu Tramp administrasiyasında əsas fiqurların etimadını itirib
Axios jurnalisti Barak Ravid Ağ Evdəki mənbəyə istinadən bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu Tramp administrasiyasındakı əsas fiqurların dəstəyini itirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ravidin məlumatına görə, Netanyahu vitse-prezident J.D. Vensin, dövlət katibi Marko Rubionun, prezidentin kürəkəni Cared Kuşnerin, xüsusi elçi Stiv Vitkoffun və aparat rəhbəri Suzi Uaylsın etimadını itirib.
İsrail Baş naziri yalnız Donald Tramp tərəfindən dəstəklənir, lakin Tramp Qəzza sazişinin daha sürətli irəliləməsini tələb edir.
Nəzrin Abbas
11:16 27.12.2025
Oxunuş sayı: 5235