İsrail Putin və Əş-Şəraa görüşündən narahatdır
İsrail mediası Rusiya prezidenti Vladimir Putinlə Suriya prezidenti Əhməd əş-Şəraa arasında gözlənilən görüşdən narahat olduğunu bildirir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tel-Əvivin hesablamalarına görə, Əş-Şəraa Rusiyaya cənubdakı silahsızlandırılmış zonada qoşun yerləşdirməyə və Suriya sahillərində bazalarını artırmağa icazə verə bilər, əvəzində isə silah və hərbi texnika tələb edəcək.
Qərb diplomatları bu addımların Suriya rəhbərinin ABŞ-ın Tramp administrasiyası ilə münasibətlərinə mənfi təsir göstərə biləcəyini qeyd edir.
Nəzrin Abbas
10:40 27.12.2025
Oxunuş sayı: 3385