Vuçiç: Kosovonun müstəqilliyinin tanınmasında yeni dalğa başlayıb
Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib ki, bir sıra regional və qlobal amillər Kosovonun müstəqilliyinin tanınmasının yeni dalğasına səbəb olub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Vuçiçin sözlərinə görə, bu prosesdə bəzi ölkələrin təsiri açıq şəkildə müşahidə olunur. O qeyd edib ki, Sudan məsələsində Türkiyənin, Suriya məsələsində isə Səudiyyə Ərəbistanının təsiri aydın və birmənalıdır.
Serbiya lideri bildirib ki, rəsmi Belqradın əlində müəyyən mühüm materiallar var və onların ictimaiyyətə açıqlanması an məsələsidir. Onun sözlərinə görə, indiyədək bəzi böyük dövlətləri incitməmək və güclü təzyiqlərlə üzləşməmək üçün bu məlumatlar açıqlanmayıb.
“Artıq bunun üçün heç bir səbəb yoxdur. Biz divara söykənmişik və özümüzə məxsus olan uğrunda mübarizə aparacağıq. Özümüzə məxsus olanı müdafiə edəcək və qoruyacağıq”, – deyə Aleksandr Vuçiç vurğulayıb.
Nəzrin Abbas
09:55 27.12.2025
Oxunuş sayı: 2883