Homsdakı məscid partlayışında ölənlərin sayı 8-ə çatıb
Suriyanın Homs şəhərində yerləşən məscidlərdən birində baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Crossmedia.az bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yaralılar xəstəxanalara yerləşdirilib.
Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, partlayış məscidin daxilində əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Terror aktı beynəlxalq aləmdə geniş qınağa səbəb olub. 🇫🇷 Fransa, 🇹🇷 Türkiyə, eləcə də bir sıra ərəb ölkələri və beynəlxalq təşkilatlar hücumu pisləyərək, dinc əhaliyə qarşı zorakılığın yolverilməz olduğunu bildiriblər.
Nəzrin Abbas
09:24 27.12.2025
Oxunuş sayı: 4239