Belarusda "Oreşnik" raketləri üçün döyüş patrul zonaları müəyyən edilib
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Pavel Muraveyko Belarus ərazisində "Oreşnik" raket kompleksləri üçün döyüş patrul zonalarının müəyyən edildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Muraveyko "Oreşnik" raket sisteminin artıq Belarus ərazisində yerləşdirildiyini və onun döyüş patrul zonalarının təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, hazırda döyüş heyətlərinin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. O, vurğulayıb ki, raket kompleksinin döyüş növbətçiliyinə daxil edilməsi onun ən yüksək hazırlıq səviyyəsinə gətirilməsi anlamına gəlir.
Nigar Yahyazadə
09:20 27.12.2025
Oxunuş sayı: 5765