Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası Türkiyə xalqına başsağlığı verib
Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı qardaş ölkənin Sloveniyadakı səfiri Hayriye Kumaşcıoğluna başsağlığı məktubu göndərib.
Crossmedia.az xəbər verir ki, məktubda Assosiasiya adından qəza nəticəsində türk hərbçilərin həlak olmasından dərin kədər hissi duyulduğu bildirilib. Bu faciəvi hadisə ilə əlaqədar qardaş Türk xalqına hüznlə başsağlığı verilib, şəhid olanların ailə üzvlərinə və yaxınlarına səbr arzulanıb.
15:10 24.11.2025
Oxunuş sayı: 2350