ADPU-da I Türkolji Qurultayın 100 illiyi qeyd edilib
Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrası və Türkoloji mərkəzin birgə təşkilatçılığı ilə “Birinci Türkolji Qurultayın 100 illiyi: Dil məsələləri” adlı simpoizum keçirilib.
Bu barədə Crossmedia.az-a ADPU-dan məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarində imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam çərçivəsində təşkil edilən simpoziumda ADPU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, “Xalq” qəzeti ilə “Ədəbiyyat” qəzetindən qonaqlar iştirak ediblər.
Simpozium ADPU-nun rektoru professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb. Açılış nitqinin ardınca qurultayın tarixi haqqında video çarx nümayiş olunub.
Atatürk mərkəzinin direktoru, akad. Nizami Cəfərov “Birinci Türkoloji qurultayın iştirakçıları və dil məsələsi” adlı məruzəsi ilə çıxış edib.
AMEA-nın Dilçilik İnsitunun direktoru prof. Nadir Məmmədli “Birinci Türkoloji Qurultaya aid arxiv sənədləri” haqqında məlumat verib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri dr. Alptekin Cihangir İşbilir, “Ədəbiyyat” qəzetinin baş redaktoru f.ü.f.d.Azər Turan çıxışlarında simpoziumun əhəmiyyəti barədə söz açıblar.
Beynəlxalq simpozium xarici ölkə türkoloqları - Gürcüstandan dosent Elizabed Bzhalava (Tbilisi Dövlət Universiteti), Kazandan professor Alfiya Yusupova (Kazan Federal Universiteti), Özbəkistandan professor Əzəmət Əkbərovun (İpəkyol Araşdırma Akademiyası) onlayn məruzələri ilə davam edib.
18:00 20.11.2025
Oxunuş sayı: 948