Türk xalqlarının birliyi bu gün də aktualdır - AZMİU rektoru
Türk xalqlarının bir olması bu gün üçün də aktualdır. Tarixə baxanda biz İpək yolunun bu istiqamətdə nə qədər önəmli olduğunu görürük.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova AZMİU-da keçirilən "Müasir ipək yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər" mövzusunda keçirilən elmi seminarda deyib.
Rektor əlavə edib ki, ipək yolunun bizim
ölkəmizdən keçməsi nəticəsində mədəniyyət əlaqələri yüksəkdi, genişləndi: "Bu əlaqələr nəticəsində mədəniyyətlərarası birləşmə prosesi də izlənilir".
Ayhan
10:28 20.11.2025
Oxunuş sayı: 1312