Zelenski Türkiyənin “qapısını döyür”: Ərdoğan ona nə deyəcək?
Ukraynanın Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.
O qeyd edib ki, Türkiyədə beynəlxalq dəstəyin gücləndirilməsinə və müharibəyə son qoyulmasına yönəlmiş danışıqlar aparılacaq.
Məlum olduğu kimi, Ankara indiki situasiyada həm Moskva, həm də Kiyevlə danışa bilən azsaylı aktorlardandır. Məhz buna görə də zaman- zaman hər iki tərəf Türkiyənin “qapısını döyür”.
Zelenskinin Türkiyəyə səfəri barədə Crossmedia.az-a danışan politoloq İlqar Vəlizadə söyləyib ki,

Türkiyə-Ukrayna münasibətləri əsasən ticarət mübadiləsi və hərbi-texniki əməkdaşlıq baxımından önəmlidir: “Ukrayna hazırda Türkiyənin bir sıra silah-sursat növlərinin alıcısıdır və tərəflər arasında birgə istehsal prosesləri də mövcuddur. Bundan əlavə, Türkiyə Avropa İttifaqı tərəfindən tanınmış müxtəlif hərbi fondlarda iştirak etmək niyyətini açıqlayıb. Avropa ölkələri ilə birgə silah istehsalı və Ukraynaya həmin status çərçivəsində dəstək göstərilməsi üzrə mühüm razılaşmalar mövcuddur. Görüşdə, həmçinin, müharibə və onun törətdiyi fəsadlarla bağlı müzakirələrin aparılması gözlənilir”.
Sevinc Sultanlı
20:00 18.11.2025
Oxunuş sayı: 1152