Türküstanda Zəfər Günü qeyd olunub
Qazaxıstanın Türküstan şəhərində “Qarabağ” Etnomədəni Birliyinin nəzdində fəaliyyət göstərən rəqs məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, birliyin rəhbəri Ramilə Mustafayeva uşaqlara Zəfər Gününün tarixi əhəmiyyətindən və qəhrəman Vətən övladlarının şücaətindən danışıb.
Daha sonra həftəsonu məktəbin şagirdlərinin Zəfər Günü mövzusunda rəsm işləri nümayiş etdirilib.
Rəqs məktəbinin şagirdlərinin ifasında müxtəlif milli rəqs nümunələri bayrama xüsusi rəng qatıb.
19:15 14.11.2025
Oxunuş sayı: 1536