Bakı Dövlət Universitetində “Tarixi torpaqlarımıza qayıdış” adlı tədbir keçirilib
YAP Yasamal rayon təşkilatı və BDU-nun Tarix fakültəsi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi torpaqlarımıza qayıdış” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Tarix fakültəsinin kafedra müdirləri, professor-müəllim heyəti və fakültənin tələbələri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş edilib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən BDU-nun Tarix
fakültəsinin dekanı İbrahim Zeynalov qeyd edib ki, “Konstitusiya və Suverenlik
İli” ölkəmizin dövlətçilik tarixində yeni mərhələdir və bu mərhələ tarixi
torpaqlarımıza qayıdışla tamamlanır. Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü
təməllər üzərində Prezident İlham Əliyev müstəqil Azərbaycanın qüdrətli inkişaf
yolunu qurdu. Hərbi, siyasi və diplomatik sahələrdə əldə olunan uğurlar
dövlətimizin iradəsini bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsində
əldə olunan Qələbə xalqımızın şanlı tarixi iradəsinin nəticəsi idi. Bu Zəfər
yalnız torpaqlarımızı azad etmədi, həm də milli ləyaqətimizi, suverenliyimizi
bərpa etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və
quruculuq layihələri Böyük Qayıdışın real ifadəsidir. Qarabağ və Şərqi Zəngəzur
dirçəlir, həyat yenidən canlanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti
nəticəsində azad torpaqlarımızda müasir yaşayış mühiti formalaşır. Bu proses
Azərbaycanın gələcək nəsillərinə daha güclü, daha firavan Vətən bəxş edəcək.
Tarixi torpaqlarımıza qayıdış milli birliyin və dövlət müdrikliyinin
təntənəsidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış eədərk qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində tarixi torpaqlarımıza qayıdış mövzusu xalqımızın milli yaddaşını, qürurunu və mənəvi gücünü bir daha səfərbər edir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xətt və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində tarixi torpaqlarına qayıdış kimi müqəddəs arzunu gerçəkləşdirdi. Bu qayıdış həm milli ruhun, həm də dövlət müdrikliyinin parlaq təntənəsidir. Otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizə xalqımızın əzmini, birliyini və dövlətinə sədaqətini nümayiş etdirdi. Qazanılan Zəfər və suverenliyin tam bərpası yalnız hərbi deyil, həm də siyasi, mənəvi və tarixi ədalətin bərpasıdır. Bu Zəfərin təməlində Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin və möhkəm ordu quruculuğunun dayanması danılmaz faktdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən canlanmasını təmin edir. Azad torpaqlarda quruculuq, bərpa və abadlıq işləri Azərbaycanın gücünü və gələcəyə inamını əyani surətdə göstərir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastruktur və yaşıl enerji layihələri dövlətimizin inkişaf yolunu daha da möhkəmləndirir. Tarixi torpaqlarımıza qayıdış həm də milli kimliyimizin bərpası, xalqın qürurunun yenilənməsidir. Bu möhtəşəm proses Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi daim yadda qalacaq.
YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirb ki, Azərbaycan xalqı tarix boyu azadlıq və ədalət uğrunda mübarizə aparıb və bu gün həmin mübarizənin zirvəsi olan Zəfərin beşinci ildönümü dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inkişaf etdirildi. Bu uzaqgörən siyasət sayəsində ölkəmiz iqtisadi, hərbi və diplomatik sahələrdə böyük nailiyyətlər qazandı. Vətən müharibəsində qazanılan tarixi Qələbə bu uğurların məntiqi nəticəsi oldu. Azad edilən torpaqlarda həyata keçirilən Böyük Qayıdış proqramı xalqımızın doğma yurduna qayıdış sevincini gerçəyə çevirir. Bu torpaqlarda tikilən hər bir məktəb, xəstəxana, ev və yol dövlətimizin yenidənqurma iradəsini əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcəyin müasir, yaşıl və ağıllı şəhərlərinin təməlini qoyur. Bu gün tarixi torpaqlarımıza qayıdış həm də milli ruhun oyanışı, mədəni dirçəlişin başlanğıcıdır. Azərbaycan xalqı bu prosesdə birliyini, dövlətinə inamını daha da gücləndirir. Bu qayıdış Vətən sevgisinin, dövlətə sədaqətin və xalqın qürurunun təntənəsidir.
Tədbirin sonunda bədii hissə təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
16:28 05.11.2025
Oxunuş sayı: 2458