Prezident İlham Əliyev alimlərdən gözləntilərini dilə gətirdi - Akademik
Bu gün AMEA-nın 80 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin çıxışı müstəqil Azərbaycanın elmi və intellektual inkişafında strateji əhəmiyyət daşıyır. Dövlət başçısı bu nitqində Azərbaycan dilinin bu günkü vəziyyəti, inkişafı qarşısında duran maneələrdən və alimlərin üzərinə düşən öhdəlikləri qeyd edib. Xüsusilə, Azərbaycan dilinin qorunması, ədəbi norma və milli terminologiyanın gücləndirilməsi ilə bağlı verdiyi mesajlar, elmin yalnız elmi müstəvidə deyil, həm də milli ideoloji sistemin əsas dayaqlarından biri olduğunu göstərdi. Prezidentin çıxışı, elm və dil siyasətinin vəhdətini təmin edən, ziyalıları və alimləri milli mənəvi dəyərlərə daha sıx bağlayan konseptual bir proqramdır.
Akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Prezident İlham Əliyevin çıxışı ilə bağlı Crossmedia.az-a açıqlama verib: “Çox yüksək və parlaq bir çıxış idi. Cənab Prezident nəinki Azərbaycan elminin qarşısında duran problemləri bir-bir sadaladı, həm də alimlərdən gözləntilərini dilə gətirdi. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada öz yerini tutmaqdadır və tutub. Burada cənab Prezidentin rolu danılmazdır. Azərbaycan elmi də bu gün Azərbaycanın dünyada tutduğu yerə uyğun olaraq öz yerini tutmalıdır. Cənab Prezidentin çıxışını çox yüksək qiymətləndirirəm”.
Ayhan
18:09 03.11.2025
Oxunuş sayı: 4631