Nazir ABŞ-də təhsil alan azərbaycanlı tələbələrə çağırış edib

Elm və təhsil naziri Emin Əmrullayev ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, Corc Vaşinqton Universitetində keçirilən görüşdə nazir ölkəmizdə elm və ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, ABŞ universitetləri ilə birgə ikili diplom proqramları, elmi müəssisələrin fəaliyyətinin inkişafı və digər aktual məsələlər barədə tələbələrə məlumat verib.
Görüş zamanı Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların akademik və elmi fəaliyyət perspektivləri müzakirə olunub.
Nazir gəncləri təhsillərini başa vurduqdan sonra ölkəmizin əmək bazarına, eləcə də elm və ali təhsil mühitinə öz töhfələrini verməyə çağırıb.
10:02 21.10.2025
Oxunuş sayı: 956