Türkiyə-Azərbaycan Universitetinin inkişaf perspektivləri müzakirə olunub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
İclasda Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
21:42 20.10.2025
Oxunuş sayı: 765