Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

Elm və təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar bu il Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuş tələbələrlə görüşüblər.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Görüşdə TAU-nun tərəfdaş universitetləri olan Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU), Hacettepe Universiteti (HU) və Azərbaycan Texniki Universitetinin (AzTU) rektorları da iştirak ediblər.
Görüş zamanı ali təhsil müəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində, həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayev tələbələrin dərsləri ilə maraqlanıb, onların suallarını cavablandırıblar.
Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub.
Dünyanın ilk "çətir universitet" modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTU, sənaye mühəndisliyi – İTU, qida mühəndisliyi – HU) uyğun olaraq ingilis dilində aparılır.
21:25 20.10.2025
Oxunuş sayı: 1036