İordaniya rəsmiləri: İran təhdidi artır, bölgədə ağalıq niyyətindədir

İordaniyanın yüksək rütbəli təhlükəsizlik rəsmiləri İran və onun regional müttəfiqlərindən gələn təhlükələrin son illərdə əhəmiyyətli dərəcədə artdığını bildiriblər. Onlar bu tendensiyanı ölkənin uzunmüddətli sabitliyinə qarşı ciddi təhdid kimi qiymətləndirirlər.
Crossmedia.az-ın məlumatıma görə,Adının açıqlanmasını istəməyən İordaniya təhlükəsizlik rəsmisi bildirib ki, Tehranın casuslara maliyyə dəstəyi kimi fəaliyyətləri son üç ildə artıb.
Bu təhdidlərə cavab olaraq, İordaniya təhlükəsizlik orqanları ölkədə tədbirləri gücləndirib. Raket və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı son insidentlər də təhlükələrə qarşı hazırlığın göstəricisi kimi təqdim olunur.
10:08 12.09.2025
Oxunuş sayı: 846